Montpellier Universiteti ilə ikili diplom proqramı

Montpellier Universiteti ilə ikili diplom proqramı

Montpellier Universiteti ilə ikili diplom proqramı Fransada təhsil almaq istəyən tələbələr üçün unikal fürsət yaradır. Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarə olunması ixtisaslarını əhatə edən proqramda UNEC-in 1-ci kursunda oxuyan tələbələr müraciət edə bilər. Qəbul olunan tələbələr 3-cü kursu Montpellier Universitetində, 4-cü kursu isə UNEC-də tamamlayırlar.

İxtisaslar

  • Maliyyə
  • Mühasibat
  • İqtisadiyyat
  • Biznesin idarə olunması

Qəbul Şərtləri

I və II kurslardan 120 kredit (60+60) toplamaq

Minimum orta bal (ÜÖMG) – 81 bal; İngilis dili biliyi – B1

Tələb olunan sənədlər

  • Akademik transkript
  • Ərizə

Proqram detalları

  • Tədris dili – İngilis
  • Xaricdə təhsil müddəti – 1 il

Əsası XII əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada Universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41000  tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır və 4500 elmi  tədqiqatçı müxtəlif sahələr üzrə  çalışır.

Tərəfdaşlar