Kitabxanalar

UNEC Kitabxana-İnformasiya Mərkəzi təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

 

UNEC kitabxanası 1930-cu ildən Əsaslı kitabxana kimi fəaliyyət göstərmişdir. 15.04.2019-cu il tarixdən Əsaslı kitabxanın bazasında Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılmışdır. Hazırda kitab, jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat, mikrofilm və digər təhsil-informasiya resurslarına sahib olan zəngin kitabxana geniş oxucu kütləsinin müraciət etdiyi əsas mərkəzlərdən birinə çevrilmişdir.

Kitabxana şəbəkəsində Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər yazılı, səsli və görüntülü təhsil-informasiya resursları əldə etmək mümkündür. Kitabxana hər il yeni nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər hesabına fondunu zənginləşdirir, mütəmadi olaraq oxucuları dövri mətbuatla təmin edir. 

0

Mərkəzin ümümi fondu

0

Tədris ədəbiyyatı

0

Elmi ədədbiyyat

0

İctimai ədəbiyyat

0

Bədii ədəbiyyat

0

Kitabxananın Xidmət şöbəsi

Oxucu–izləyicilər üçün elektron kitabxana xidmətləri göstərilir, library.unec.edu.az – saytının elektron kataloqda olan öz əksini tapmış bütün informasiya resursları, o cümlədən e-kitablar, a-kitablar davamlı olaraq artmaqdadır. Aktuallığını itirmiş, zamanın tələblərinə cavab verməyən kitablar mütəmadi olaraq yeniləri ilə əvəz olunur.

UNEC KİM ümumilikdə, 83167 nüsxə Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir. Mərkəzin strukturunda 6 kitabxana fəaliyyət göstərir. 

UNEC kitabxana  informasiya mərkəzinin strukturu:
1. Əsaslı kitabxana
2. Kataloqlaşdırma, kitabiləşmə və biblioqrafiya şöbəsi
3. Xidmət şöbəsi
4. 24/7 kitabxana
5. 1 saylı tədris binası üzrə oxu zalı
6. 2 saylı tədris binası üzrə oxu zalı
7. 3 saylı tədris binası üzrə oxu zalı
8. 4 saylı tədris binası üzrə oxu zalı

Açıq girişi olan elektron bazalar barədə buradan məlumat əldə edə bilərsiniz: https://library.unec.edu.az/t-dqiqat
*
e-mail: adila.abdullayeva@unec.edu.az
tel: +994 12 492-59-03 (daxili: 1162)