UNEC Multikulturalizm Elmi-Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının qərarına əsasən yaradılıb.
Mərkəzin məqsədi:
Humanitar və sosial elmlər, habelə Azərbaycan multikulturalizmi və mövcud multikultural modellərin nəzəri-praktik tədqiqi və istiqamətləri üzrə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin elmi mühit, cəmiyyətlə bölüşmək, elmi tədqiqat işləri və layihələri həyata keçirmək, ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və aidiyyatlı qurum təmsilçiləri ilə əməkdaşlıq etmək və s.
Proqram və layihələr:
Multikulturalizm ideyalarının tədqiqi və təbliği istiqamətində respublikada və xaric ölkələrin təhsil mərkəzləri ilə əməkdaşlığın təşkili; ali təhsil müəssisələrinin humanitar təmayüllü fakultələri ilə multikulturalizm istiqaməti üzrə elmi mübadilələrin həyata keçirilməsi, ixtisas kurslarında mütəxəssilərin mühazirələrinin təşkili; Mərkəzin elmi tədqiqat fəaliyyətini həyata keçirməsi üçün zəruri olan tədbirlərin aparılması və s.
Hədəfimiz:
Azərbaycanda multikulturalizm mühitinin və tolerantlığın tarixi ənənələrinin inkişaf meyllərinin, mədəni müxtəlifliyinin hüquqi, siyasi və iqtisadi əsaslarının tədqiqi və təbliği; Milli-mənəvi dəyərlərimizin, multikultural ənənələrimizin öyrənilməsi, təbligi və təşviq edilməsi istiqamətində UNEC müəllim və tələbələri ilə birgə layihələr həyata keçirmək üçün UNEC-in fakultə və kafedraları ilə iş aparılması; Mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələlərinə həsr olunmuş dəyirmi masa və elmi seminarlar, mühazirələr keçirilməsi UNEC-də mütəxəsislərin mühazirələrinin təşkili və s.
Mərkəzin rəhbəri, t.e.d., professor
f.f.d., müəl.
Bakı Dövlət Universitetinin elmi işçisi
Litvanın Vilnüs Avropa Humanitar Universitetinin professoru (Vilnüs/ Litva)
Kanadanın Toronto Teologiya Məktəbinin dosenti (Toronto/Kanada)
Böyük Britaniyanın Ulster Universitetinin elmi işçisi (Kolreyn/ Böyük Britaniya)
Dosent
AMEA Arxeologia və Etnoqrafiya İnstitutunun dissertantı